Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Neft kimyası və neft emalı prosesləri” jurnalının cari ildə ikinci sayı nəşr edilib
29.07.2024 17:24
  • A-
  • A
  • A+

“Neft kimyası və neft emalı prosesləri” jurnalının cari ildə ikinci sayı nəşr edilib

Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Neft-kimyası və neft emalı prosesləri” adlı (Processes of Petrochemistry and Oil Refining (PPOR)) ingilis dilində nəşr olunan jurnalının cari ildə ikinci nömrəsi dərc olunub.

Jurnalın 2024-cü ildə ikinci sayında Qarğıdalı yağı amidoamininin alkilhalogenid komplekslərinin CO2 korroziyasının kinetikasına təsirinin öyrənilməsi, 1-(6-Bromo-2-xloroxino-3-lil)-4-dimetilamino-2-(naftalen-1-il)-1-fenilbutan-2-ol və onun duzları, Seolit tərkibli katalizatorlar üzərində katalitik krekinq qazları ilə alkilləşmə prosesində yağ fraksiyalarının özlülük-temperatur xassələrinin yaxşılaşdırılması, Birbaşa qovulma benzini, qaz benzini və onların qarışığının kompozisiya tərkibli Co/HZSM-5/ZrO2/SO4 katalizatoru üzərində izomerləşdirici çevrilməsi, Üzvi-mineral kompleks gübrə istehsalının ekotexnologiyası, H2S mühitində yumşaq poladin korroziyasından mühafizə inhibitorunun effektliliyinin tədqiqi, Distillə fraksiyalarından istifadə etməklə dizel yanacağının hidrotəmizlənməsi, Sintetik yağ turşularının dietilenqlikol efirlərinin sintezi,b6-İzopropenil-əvəzli 1,3-benzoksazinlər turş mühitdə korroziya inhibitorları və antimikrob xassəli reagentlər kimi, Maqnit nanohissəciklər əsasında suyun təmizlənməsi üçün sorbentlərin işlənib hazırlanması, 1,1,1-Trimetilolpropanin kompleks efirlərinin sintezi və onların yüksək temperatura davamlı sürtgü yağları kimi tədqiqi, Bəzi 4-aminopiridin törəmələrinin sintezi və tədqiqi, Maqnit sahəsində asfaltlaşdırma və katalitik krekinq proseslərinin intensivləşdirilməsi üzrə tədqiqatlar, Tam üzvi tərkibli neftyığıcı və neftdispersləyici ion-maye tipli səthi-aktiv maddələrin sintezi və tədqiqi, Pirazolun yeni bioloji aktiv törəmələrinə aid son illərin nailiyyətlərinin icmalı, Kompatibilizasiya olunmuş etilen-heksen birgə polimeri əsasında bazaltla doldurulmuş dinamiki vulkanlaşmış plastiklərin fiziki-mexaniki xassələri, Funksionallaşdırılmış fenol-formaldehid (birgə)oliqomerlər əsasında iondəyişdiricilərin alınması, tədqiqi və tətbiqi haqqında icmal, Riyazi modelləşdirmə yolu ilə neft yol bitumları prosesinin texnoloji parametrlərinin müəyyənləşdirilməsi, Ağır neft qalıqlarının yanar şistlərlə birgə katalitik emal metodları, Aqressiv lay mayeləri şərtləri altında quyudibi zonaların möhkəmləndirilməsi məqsədilə tıxayıcı materialların tədqiqi, Torpağa adsorbsiya olunan neft məhsullarının mümkün çevrilmələrinin öyrənilməsi, Dəmir xloridin müxtəlif tərkibli elektrolitlərində alınmış örtüyün bərkliyininə və tribotexniki xassələrinə dəmirləmə rejimlərinin təsirinin tədqiqi, Metanolun alkenlərə C2-C4 və aromatik karbohidrogenlərə çevirilməsində TSVN seolitinin neodium oksidlə bərk fazalı modifikasiyasının təsiri, Benzin kompozisiyasının tərkibində aromatik karbohidrogenlərinin miqdarının azaldılması üsulu, Tez bərkiyən köpüklərin yanğınsöndürmə və izolyasiyaetmə xüsusiyyətlərinin öyrənilməsi, Ditsiklopentenin polifunksional S-, N-törəmələrinin alınması və onların antimikrob xassələrinin öyrənilməsi, Karboksil turşusunun N-törəmələrinin bitki boy tənzimləyiciləri kimi istifadəsi, Alkenil kəhrəba turşularının amidoefirlərinin kimyəvi quruluşu və dinamik özlülüyü arasındakı asılılığın öyrənilməsi, Para-tsiklopentenilfenolların hazırlanması prosesində istifadə edilən seolit əsaslı katalizatorların tədqiqi, Çoxfazalı neft-əsaslı qazma mayeləri axınının struktur stabilliyinin diaqnozu adlı məqalələr işıq üzü görüb.

Məqalələr jurnalın elektron səhifəsində ppor.az yüklənilib.

Qeyd edək ki, “Neft kimyası və neft emalı prosesləri” jurnalı ildə 4 nömrə olmaqla ancaq ingilis dilində dərc edilir. Jurnal 2011-ci ildə Inspec, 2016-cı ildə isə “Thomson Reuters” Clarivate Analytics (Web of Science) elmmetrik bazalarına daxil edilmişdir. 2024-cü ildə “DOI” Beynəlxalq Fondunun “Crossref Publishers International Linking Association, Inc.” rəsmi qeydiyyat agentliyinə ali qurum qismində üzv olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: