Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Botanika İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çap olunub
30.07.2024 11:54
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda çap olunub

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun əməkdaşlarının mühüm elmi nəticələrinin əks olunduğu məqalə Web of Science kimi nüfuzlu elmi bazaya daxil olan tanınmış beynəlxalq jurnalda nəşr olunub.

Kəmala Əsədova, Rəna Abdıyeva, Naibə Mehdiyeva və Nigar Mursəlin həmmüəllifi olduğu “Xəzər dənizinin şimal hissəsinin (Azərbaycan daxilində) sahilyanı ekosistemlərinin bitkiliyinin vəziyyətinin qiymətləndirilməsi və onların transformasiyası” (“Assessment of the vegetation state of the coastal ecosystems of the Caspian Sea northern part (within Azerbaijan) and their transformation”) adlı məqaləsi “Biodiversity Journal”ında çap olunub.

Məqalədə Xəzər dənizinin şimal hissəsinin (Azərbaycan daxilində) flora və bitkiliyinin müasir vəziyyətinin monitorinqinin, sahilboyu ərazilərin növ müxtəlifliyinin və bitki örtüyünün analizinin, sahil zonallığından asılı olaraq bitkiliyin suksesiyasının tipləri, eləcə də antropogen faktorların təsirinin nəticələri əks olunub. Əldə edilmiş materiallar əsasında gələcəkdə Xəzər dənizinin səviyyəsində mümkün dalğalanmalarla bitki örtüyünün gələcək inkişafının mümkün fluktasiyaları proqnozlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: