Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Dendrologiya İnstitutu əməkdaşlarının kitabı işıq üzü görüb
01.08.2024 14:58
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutu əməkdaşlarının kitabı işıq üzü görüb

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun baş direktoru v.i.e. biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova və Bitki mühafizəsi laboratoriyasının aparıcı elmi işçisi aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Mərdan Tağıyevin həmmüəllifi olduqları “Bitki mənşəli nümunələrdə zərərli orqanizmlərin aşkarlanması üsulları” kitabı işıq üzü görüb.

Kitabda bitki mənşəli nümunələrin laboratoriya tədqiqatlarında öyrənilməsi və müayinəsi (ekspertizası) zamanı bitki zərərvericilərinin, xəstəlik törədicilərinin və təhlükəli alaq otlarının toxumlarının aşkarlanması məqsədi ilə entomoloji, fitopatoloji, virusoloji, bakteroloji, fitohe-minmoloji və herboloji müayinələrin aparılması, aşkar olunmuş zərərli orqanizmlərin hansı cinsə və növə aid olduğunun təyin edilməsi, təyin olunmuş zərərli orqanizmin fitosanitar riskinin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlər barədə mütəxəssisin rəyi haqqında məlumat verilib. 

Kitab ali və orta ixtisas müəssisələrində oxuyan tələbələrin və bitkiçilik üzrə çalışan mütəxəssislərin istifadəsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: