Dünyada Aloe bitkisinin 500-dən çox növü vardır. Kök sistemi zəif inkişaf etmişdir. Gövdəsi qısadır. Yarpaq rozetinin diametri 60 santimetrə çatır. Yarpaqlarının kənarları boyunca tikanlıdır. Çiçəklər boruşəkilli, narıncı və ya sarımtıl-narıncı rəngdədir. Aloe şirəsinin tərkibində polisaxaridlər, prostaqlandinlər, antrasen, qlikoproteinlər, flavonoidlər, fenolik birləşmələr, fermentlər, qatranlar, hormonabənzər birləşmələr, az miqdarda efir yağı olur. Trivial polisaxaridlər olan müxtəlif şəkərlərdən ibarət mukopolisaxaridlər, qlikoproteinlər, o cümlədən asetilləşdirilmiş mannoz (onun antiviral təsiri vardır), askorbin turşusu, B qrup vitaminləri, fol turşusu, karotinlər, xolin və K, Ca, Mg, Zn və Cu ionları vardır.
Aloenin müxtəlif növləri ilə müqayisədə Aloe vera növü ən güclü bitki hesab olunur. Bu növ yüksək sulu (99-99,5%) bir bitkidir. Qatı maddələrin miqdarı 0,5 ilə 1% arasında dəyişir. Gövdəsinin müxtəlif hissələrində 75-ə yaxın qida maddələri, həmçinin 200 aktiv birləşmə vardır. Qabıq və sulu hissəsi bütün yarpaq kütləsinin əsas hissəsini təşkil edir (müvafiq olaraq 20-30% və 70-80%). Quru maddə baxımından geli 55% polisaxaridlərdən, 17% şəkərlərdən, 7% zülallardan, 4% lipidlərdən, 16% minerallardan, 1% fenolik birləşmələrdən və müxtəlif vitaminlərdən, o cümlədən A, C, E, B 1, B vitaminlərindən ibarətdir. Tərkibində eyni zamanda B12, niasin, xolin və fol turşusu olur. Bundan başqa tərkibi Adi aloenin fitokimyəvi tərkibi antrakinonlar (aloe-emodin, aloe turşusu, emodin, aloin A, aloin B, 6'-O-asetil-aloin A, 6'-O-asetil-aloin B, 10-hidroksialoinlər, 10-hidroksialoinlər B, aloinozid A, aloinoside B, 7-hidroksialoin A, 7-hidroksialoin B, 7-hidroksi-8-O-metilloin A, 7-hidroksi-8-O-metilloin B, 6'-malonilnataloin A, 6'-malonilnataloin B, homonatalosid B, elqonica dimer A, elqonica dimer B, aloindimer A, aloindimer B, aloindimer C, aloindimer D, aloe-emodin-11-O-ramnosid, xrizofanol, emodin, fizyon, aloe-emodin, nataloemodin, aloe-emodin, aloezapinq, II asetilləşdirilmiş qlükomannan, qlükoqalaktomannan, qalaktan, qalaktoqalakturan, arabinoqalaktan, qalaktoglukoarabinomannan, pektinlər, ksilan, selüloz, verasilqlukan B və verasilqlukoza, aloezapinq, 3- Geranyloxyemodine, rhein), saxaridlər (saf mannan, asetilləşdirilmiş mannan, verasilqlukoza, flavonoidlər (apigenin, luteolin, isovitexin, isoorientin, saponarin, lutonarin, kempferol, quercetin, myricetin, quercitrin, rutin, catechin, epicatechin), fitosterollar (sikloartanol, 24-metilen-sikloartanol, lofenol, 24-metil-lofenol, 24-etil-lofenol, lupeol, β-sitosterol, kampesterol), xromonlar (aloezin, aloeresin E, izoalorezin D, aloerezin D, rabaichromone, aloeresin K, aloezinol), polifenollar (sinnamik turşu, p-kumar turşusu, kofein turşusu, ferul turşusu, sinapik turşu, 3-(4-hidroksifenil) propanoik turşu, metil 3-(4-hidroksifenil) propionat, 7-demetilsiderin, feralolid, alkokumarin, aloenin B, p-kumaroylaloenin, aloveroside A, feroksidin 1-(2,4-dihidroksi-6-metilfenil)etenon, p-anisaldehid, salisialdehid, p-krezol, pirokateşin, gentisik turşu, qallik turşusu, vanil turşusu, askorbin turşusu), zülallar (lektinlər və lektinə bənzər maddələr, polipeptid fraksiyaları) və minerallardan (kalsium, mis, sink, maqnezium, kalium, manqan, dəmir, xolin, xrom, fosfor, natrium, vanadium) təşkil olunmuşdur.
Aloenin yarpaqlarından alınan dərmanlar dəri, mədə-bağırsaq, sümük-oynaq və göz xəstəliklərinin müalicəsində geniş istifadə olunur. Aloe şirəsi xaricə istifadə olunduqda antiseptik, iltihab əleyhinə, yaranı sağaltmaq təsirinə malikdir. Aloe yarpaqlarını ilin istənilən fəslində toplamaq mümkündür. Amma şirəsini sıxmaq üçün 15 sm-dən kiçik yarpaqlardan istənilən qədər şirə əldə etmək mümkün olmur. Şirəni bir neçə saat ərzində istifadə etmək lazım deyildir . Çünki bu onun faydalı olmasını azaldır. Kəsiklər zamanı zədə yerinə aloe sürtməklə zəif qanaxmaları saxlamaq mümkündür. Aloe şirəsi dərinin cavanlaşmasına və bərpasına kömək edir. Onun şirəsindən müalicəvi kremlərin, məlhəmlərin, losyonların, şampunların hazırlanmasında istifadə edilir. Aloe şirəsindən spirtli cövhərlər, konsentratlar, kompreslərin hazırlanmasında da geniş istifadə edilir. Bu bitki nəinki kosmetalogiyada, hətta farmokologiyada təbii dərmanların hazırlanması üçün də tətbiq edilir. Aloe şirəsi orqanizmi rentgen şüaların təsirindən qoruyur və radioaktiv maddələri orqanizmdən xaric edir. Həmçinin günəş yanıqları zamanı dərinin bərpasına kömək edir. Belə ki, günəş və digər termiki yanıqları, onkoloji xəstələrin şüa prosedurundan sonra əmələ gələn dəri zədələnmələrini bərpa edir. Müalicə üçün təzə aloe şirəsi istifadə olunur və sutka ərzində bir neçə dəfə dəriyə sürtülür. Həmçinin Aloe şirəsi daxilə qəbul olunduqda ağrıkəsici təsir etməklə, mədə-bağırsaq traktının xəstəliklərini də müalicə edir. Angina, soyuqlama, qulaq, göz xəstəliklərini (konyuktivit, blefarit) müalicə etmək üçün bu bitkinin şirəsi qaynanmış su ilə 1:1 nisbətində qarışdırılır və alınan qarışıq ilə boğaz yaxalanır və ya göz yuyulur. İnfeksiyalı xəstəliklərin, xüsusən dizenteriya və difteriyanın müalicəsi zamanı aloe şirəsini gündə 1-2 dəfə, yeməkdən 30 dəqiqə əvvəl, hər dəfə 1 çay qaşığı qəbulu olduqca faydalıdır. Damarların iltihabının, paradontozun, diş ağrısının müalicəsində aloe şirəsindən applikasiya edilməklə istifadə olunur. Paralel olaraq effekti gücləndirmək üçün gündə 2-3 dəfə, hər dəfə 1 çay qaşığı aloe şirəsini daxilə qəbul etmək olar. Applikasiyanı gecə etməklə, uzun müddətdə istifadə etmək lazımdır. Başlıcası odur ki, müalicə ləngiməsin, elə ilk əlamətlər üzə çıxdıqda müalicəni başlamaq lazımdır. Bundan başqa yumurtalığın, uşaqlıq yolunun, uşaqlığın iltahabının, uşaqlıq boynunun erroziyasının müalicəsi üçün də aloe şirəsi ilə isladılmış tampon gecə istifadə olunur. Menstrual siklin pozulması zamanı aloe şirəsini daxilə, gündə 3 dəfə, hər dəfə yeməkdən 30 dəqiqə əvvəl, hər dəfə 10 damcı qəbul olunur. Hepatitlərin bütün növlərində istifadəsi yaxşı nəticə verir, gelin içilməsi qaraciyəri dağılmaqdan qoruyur, bərkimiş qaraciyəri yavaş-yavaş yumşaldır, yüksəlmiş xolesterini və bilrubini aşağı salır. Aloe geli şəkər xəstələri üçün də faydalıdır, çünki aloedən istifadə etdikdə sağalmaz yaraların da daha sürətlə sağaldığı məlumdur, həmçinin qanda şəkərin yüksəlməsinin qarşısını alır və onu normallaşdırır. Aloe qan dövranını yaxşılaşdırır və şəkər xəstəliyində əmələ gəlmiş qan dövranı pozulmasında, reyno xəstəliyində də çox effektli təsir göstərir.
- Aloe şirəsi mədə və onikibarmaq xoraları zamanı müsbət təsir göstərir. Belə ki, bitkinin aşağı hissəsində yerləşən ən qalın yarpaqlar kəsilib yuyulur, qurudulur, soyuducuda bir həftə və ya bir ay saxlanılır. Həmin müddət ərzində onun tərkibindəki faydalı maddələr daha da aktivləşir. Yarpaqları xırda hissələrə doğranaraq blenderdən keçirilir, əldə olunan qarışıq tənzifdən süzülür. Qalan hissələrini atmaq lazım deyildir, belə ki, onu dəriyə çəkilən maskaların tərkibinə qatmaq olar. Əldə olunan şirə bir qaba tökülərək tərkibinə 2 limon sıxılır. Qarışığa 100 qram təmiz bal əlavə edilir. Alınan qarışıq soyuducuda 1 ay saxlanıldıqdan sonra istifadə olunur.
- Mədə-bağırsaq xəstəlikləri zamanı tətbiq edilməsi xüsusilə yaxşı nəticə verir. 2 xörək qaşığı un götürərək üzırinə bir az su tökülür, ona aloe şirəsi əlavə edilib şampunla qarışdırılır. Bu məhlulla saçlar yuyulduqda saç tökülməsinin qarşısı alınır.
- Aloe şirəsi, süd və nanə cövhər qarışımını isti suya töküb vanna qəbul etdikdə dəri cavanlaşır və onun elastikliyi artır. Aloe şirəsindən kimya sənayesində də geniş istifadə edilir. Ondan çoxlu losyonların, şampunların, balzamların, gellərin, maskaların hazırlanmasında geniş istifadə olunur.
- Aloe şirəsi dəriyə cavanlaşdırıcı təsir edir, dərinin “karkası”olan kollagen liflərin bərpasına kömək edir. Bu səbəbdən bir çox anti-age (“yaş əleyhinə”) vasitələrin tərkibinə daxil edilir.
- Problemli dəri üçün losyon da hazırlamaq olar. İri aloe yarpağı soyulur, blenderdən keçirilir və üzərinə 50 q tibbi spirt əlavə olunur. 1 gün keçdikdən sonra məhlul bir neçə qat tənzifdən yaxşı süzülür. Losyon yalnız problemli yerlərə çəkilir. İlk dəfə losyon dərinin kiçik hissəsində yoxlanılmalıdır, əgər qızartı, allergik reaksiya olmazsa istifadə edilə bilər.
Aparılan elmi-tədqiqat işinin nəticəsinə əsasən aşağıdakılar qeyd edilməlidir:
- Aloe vera bitkisi orqanizmi mineral və vitaminlərlə təmin edir;
- Ekzema (sədəf) xəstəliyinin təsirlərini azaldır;
- Aparıcı mütəxəssislərin rəyinə görə xərçəngin irəliləməsinin qarşısını alır;
- Mühitdə olan radiasiyanı azaldır;
- Şəkərli diabetə müsbət təsir edir;
- Xromatoqrafiyaya görə tərkibində α- pinen, 0,08% sabinen, 0,44% β-pinen, 0,07% mirsen, 0,74% carene 3, 0,09% α-terpinen, 0,65% µ terpinen, 0,102% terpinolen, 0,047% linalool, 47,844% cariophyllen, 0,809% terpinen-4-ol, 0,119% citronelol, 0,127% estragol, 0,448% mirtenol, 0,144% nerol, 0,353% heraniol, 0,640% camphor, 0,028% cytronell butirat, 0,029% α- terpinel asetat, 0,020% heranyl oleat, 0,028% cytronell tiglat, 0,081% 2-phenil ethyl tyglat maddələri aşkar edilmişdir.
Adi aloenin fitokimyəvi tərkibi antrakinonlar (aloe-emodin, aloe turşusu, emodin, aloin A, aloin B, 6'-O-asetil-aloin A, 6'-O-asetil-aloin B, 10-hidroksialoinlər, 10-hidroksialoinlər B, aloinozid A, aloinoside B, 7-hidroksialoin A, 7-hidroksialoin B, 7-hidroksi-8-O-metilloin A, 7-hidroksi-8-O-metilloin B, 6'-malonilnataloin A, 6'-malonilnataloin B, homonatalosid B, elqonica dimer A, elqonica dimer B, aloindimer A, aloindimer B, aloindimer C, aloindimer D, aloe-emodin-11-O-ramnosid, xrizofanol, emodin, fizyon, aloe-emodin, nataloemodin, aloe-emodin, aloezapinq, II, aloezapinq, 3- Geranyloxyemodine, rhein)
Saxaridlər (saf mannan, asetilləşdirilmiş mannan, asetilləşdirilmiş qlükomannan, qlükoqalaktomannan, qalaktan, qalaktoqalakturan, arabinoqalaktan, qalaktoglukoarabinomannan, pektinlər, ksilan, selüloz, verasilqlukan B və verasilqlukoza, verasilqlukoza,
Flavonoidlər (apigenin, luteolin, isovitexin, isoorientin, saponarin, lutonarin, kempferol, quercetin, myricetin, quercitrin, rutin, catechin, epicatechin)
Fitosterollar (sikloartanol, 24-metilen-sikloartanol, lofenol, 24-metil-lofenol, 24-etil-lofenol, lupeol, β-sitosterol, kampesterol)
Xromonlar (aloezin, aloeresin E, izoalorezin D, aloerezin D, rabaichromone, aloeresin K, aloezinol)
Polifenollar (sinnamik turşu, p-kumar turşusu, kofein turşusu, ferul turşusu, sinapik turşu, 3-(4-hidroksifenil) propanoik turşu, metil 3-(4-hidroksifenil) propionat, 7-demetilsiderin, feralolid, alkokumarin, aloenin B, p-kumaroylaloenin, aloveroside A, feroksidin 1-(2,4-dihidroksi-6-metilfenil)etenon, p-anisaldehid, salisialdehid, p-krezol, pirokateşin, gentisik turşu, qallik turşusu, vanil turşusu, askorbin turşusu)
Zülallar (lektinlər və lektinə bənzər maddələr, polipeptid fraksiyaları)
Minerallar (kalsium, mis, sink, maqnezium, kalium, manqan, dəmir, xolin, xrom, fosfor, natrium, vanadium)
Ramiz ƏLƏKBƏROV, Dendrologiya İnstitutunun Bitki sistematikası laboratoriyasının müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.