Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimin məqaləsi İtaliyanın tarix jurnalında çap olunub
29.08.2024 10:43
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin məqaləsi İtaliyanın tarix jurnalında çap olunub

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun məqaləsi İtaliyanın “Historia Magistra” tənqidi tarix jurnalında dərc edilib.

“Azərbaycanın Xəzər neftinin hasilatı tarixi” adlı məqalədə Xəzər dənizində 150 ilə yaxın neft yataqlarının praktiki tətbiqi, dənizin Bibiheybət və Pirallahı sahələrindən XIX əsrin əvvəllərindən başlayaraq ilkin neft hasilatı, XX əsrin sonlarında bununla bağlı təklif edilən layihələr və görülən işlərdən bəhs edilir. Həmçinin 20-ci əsrin sonlarına qədər neft hasilatı, 1944-cü ildən SSRİ və respublika hökumətinin qəbul etdiyi qərarların icrası, o cümlədən Xəzər neft yatağının 1949-cu ildə istismara verilməsi tarixi xronoloji ardıcıllıqla təsvir edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: