Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

03.09.2024 12:54
  • A-
  • A
  • A+

Gəncə Bölməsində “Mehriban xanım Əliyeva. Humanizm və xeyriyyəçiliyin hamisi” adlı monoqrafiya nəşr olunub

Gəncə Bölməsində “Mehriban xanım Əliyeva. Humanizm və xeyriyyəçiliyin hamisi” adlı monoqrafiya nəşr olunub

Heydər Əliyev Fondunun yaradılmasının 20 illiyinə AMEA-nın Gəncə Bölməsinin alim və tədqiqatçılarının töhfəsi olaraq, “Mehriban xanım Əliyeva. Humanizm və xeyriyyəçiliyin hamisi” adlı kitab işıq üzü görüb.

“Elm” nəşriyyatında çapdan çıxmış, nəfis tərtibatlı, 346 səhifədən, o cümlədən tarixi anları özündə həkk etmiş xeyli sayda fotoşəkillərdən ibarət olan monoqrafiyada Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun iyirmi il ərzində həyata keçirdiyi layihələr və onların milli-mənəvi intibahımıza verdiyi töhfələr elmi baxımdan xarakterizə olunur. Kitabın bölmələrində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizin dünyada təbliği məsələlərindən, ölkəmizdə elm, təhsil, mədəniyyət, səhiyyə, ekologiya və bütövlükdə xalqın rifahı naminə bütün sahələrdə həyata keçirdiyi xeyirxah işlərdən bəhs olunur. Kitabda həmçinin Heydər Əliyev Fondu və onun prezidenti tərəfindən reallaşdırılan humanist layihələr haqqında dünya siyasətçilərinin fikirləri də yer alıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin Rəyasət Heyətinin 2 iyul 2024-cü il tarixli 6/2 saylı qərarı ilə nəşr olunan kitabın layihə rəhbəri AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyevdir. Redaksiya heyətində AMEA Gəncə Bölməsinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Sara Əzizova, tarix üzrə fəlsəfə doktoru, mərhum Samir Pişnamazzadə, Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov,  şöbə müdiri Təranə Verdiyeva, Bölmənin elmi katibi vəzfəsini icra edən Günay Cəfərova, Elmi kitabxananın müdiri Vüsalə Hüseynova,  Elektron Xidmətlər şöbəsinin baş mütəxəssii Nailə Mirzəyeva yer alıblar.

AMEA Gəncə Bölməsidə kitabla tanışlıq məqsədilə kollektivin toplantısı olub. Bölmənin sədri, akademik Fuad Əliyev çıxışında müasir dövrdə ölkəmizin və cəmiyyətimizin inkişafına böyük töhfələr verən Heydər Əliyev Fondunun 20 illiyi, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ad günü ərəfəsində Gəncə alimləri adından bu kitabı ictimaiyyətə təqdim etməkdən şərəf və qürur duyduğunu bildirib.

Akademik Fuad Əliyev xüsusi olaraq qeyd edib ki, kitabda Mehriban xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondunun xətti ilə Gəncə şəhərində həyata keçirilmiş möhtəşəm layihələrdən, şəhərdə inşa və bərpa edilən mədəniyyət ocaqlarına, tarixi abidələrə, təhsil və səhiyyə müəssisələrinə diqqət və qayğıdan da bəhs olunur və bu haqda ətraflı və elmi cəhətdən əsaslandırılmış məlumatların sistemləşdirilmiş şəkildə bir mənbədə toplanılması tədqiqatçılar üçün çox faydalı olacaq.

Bölmənin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Sara Əzizova da “Milli-mənəvi dəyərlərimizin hamisi: Mehriban xanım Əliyeva” mövzusunda çıxış edib. O, qeyd edib ki, Heydər Əliyevin adını daşıyan  Fondun rəhbəri kimi, Mehriban xanımın 20 il ərzində həyata keçirdiyi layihələr Ulu Öndərin daha işıqlı gələcəyimiz naminə formalaşdırdığı fikirlərinin həyata keçirilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin araşdırılması, Azərbaycanın dünya mədəniyyətində yerinin təsdiq edilməsi, milli yüksəlişin əsası olan elm və təhsilin inkişaf etdirilməsi məsələlərinin, eləcə də Vətənin torpağını, suyunu, havasını qorumaq naminə gördüyü işlərin elmi, izahlı formada təhlil edilməsi alimlərin öhdəsinə düşən ümdə vəzifələrdəndir.

Tədbirdə, həmçinin kitabın ərsəyə gəlməsi prosesində iştirak etmiş digər əməkdaşlar da çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: