Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.09.2024 11:58
  • A-
  • A
  • A+

Şimali Qafqaz bölgəsinin türkmənşəli toponimləri çapa hazırlanır

Şimali Qafqaz bölgəsinin türkmənşəli toponimləri çapa hazırlanır

AMEA-nın Dilçilik İnstitutunun Toponimika şöbəsi tərəfindən Qərbi Azərbaycan toponimlərinin müfəssəl lüğəti hazırlanıb.

Lüğət Dilçilik İnstitutunun Elmi şurasının qərarı ilə çapa təqdim edilib. Bundan başqa, sözügedən şöbədə Cənubi Qafqazın, Yaxın və Orta Şərqin Azərbaycan türkləri yaşayan ərazilərinin toponimlər lüğəti hazır vəziyyətdədir.

Avqust ayının 20-dən sentyabr ayının 1-ə qədər Dilçilik İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin İsmayılov Rusiya Federasiyasının Şimali Qafqaz bölgəsinə ezam olunub. O, Kabarda-Balkar və Qaraçay, habelə Dağıstan respublikalarında türkmənşəli toponimləri tədqiq edərək toplayıb. Bu regionun da 800 səhifəlik toponimlər lüğəti hazırlığının son mərhələsindədir. Beləliklə, regionumuzun bütün azərbaycan-türk mənşəli toponimləri artıq elmi səviyyədə tədqiqata cəlb olunub.

Görülmüş işlərin cəmi həcmi 4000 səhifə təşkil etməkdədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: