Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Qanaxmanın qarşısını alacaq "şpris" hazırlanıb
05.01.2016 16:55
  • A-
  • A
  • A+

Qanaxmanın qarşısını alacaq "şpris" hazırlanıb

ABŞ-da yaralanma zamanı qanaxmanın qarşısını alacaq yeni tibbi alətin istifadəsinə icazə verilib. XStat adlandırılmış bu alət zahirən şprisə bənzəyir. Bu yeni alət güllə və kəsilmiş, deşilmiş yaralar zamanı qanaxmanın qısa zamanda qarşısının alınması üçün nəzərdə tutulub. İstehsalçılar iddia edirlər ki, XStat qanamanı 20 saniyə ərzində dayandırmaq bacarığına malikdir.

Sözügedən tibbi alətin köməyi ilə yaraya qanaxmanı dayandırmaq üçün xüsusi "laxta" yaradan 92 kiçik süngər daxil edilir. Sellülozdan hazırlanmış süngərlər bakterial infeksiyaların inkişafının qarşısını alan və qan laxtalanmasını stimullaşdıran xitozanomla örtülmüşdür. Süngərlər yarada dörd saata qədər qala bilər.

Ekspertlərin fikrincə, sözügedən alətin istifadəsi qasıq və ya qoltuqaltı yaralanmalar, jqutun salınmasının mümkün olunmadığı zamanda tövsiyyə olunur.

www.delo.ua

  • Paylaş: