Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

İynəyarpaqlı bitkilərin Abşeronun landşaft dizaynında istifadəsi
13.09.2024 15:02
  • A-
  • A
  • A+

İynəyarpaqlı bitkilərin Abşeronun landşaft dizaynında istifadəsi

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Landşaft memarlığı laboratoriyası tərəfindən 2019-2023-cü illərdə Abşeronun park və bağlarında elmi-tədqiqat işləri aparılmış, landşaft dizaynında iynəyarpaqlı bitkilərin taksonomik tərkibi, mənşəyi, kompozisiyalarda istifadəsi, budanma formaları öyrənilib.

Bitkilər müntəzəm (həndəsi formalı) və landşaft və ya mənzərəli (orijinal formalı) üslublarda kompozisiyaların tərtibatında əsasən dekorativ kol və ot bitkiləri ilə yanaşı istifadə edilir. Bu bitkilər gözəl görünüşü ilə yanaşı ətraf mühitə çoxsaylı uçucu maddələr - fitonsidlər buraxaraq orqanizm üçün təhlükəli olan xəstəliktörədici mikrobları məhv edir, tozdan təmizləyir və havanı qatranlı maddələrlə zənginləşdirir. İynəyarpaqlı bitkilərə şam, sərv, küknar, ardıc, sərvpəri, ağ şam, qara şam, tuya və s. aiddir. Bu bitkilər park, bağ, bulvar, xiyaban, küçə, məktəb və bağçaların, yaşayış və sənaye massivlərinin yaşıl ərazilərində əkilib becərilir. Onların qış və yayda həmişəyaşıl olması landşaft dizaynında istifadəsi üçün əlverişlidir. 

Abşeronda park və bağların salınmasında həmişəyaşıl dekorativ bitkilərə tələbat günbəgün artır. Xüsusilə son dövrlərdə  Bakı şəhərində yeni salınan magistral yol kənarları, körpülərin ətrafının yaşıllaşdırılmasında həmişəyaşıl ağac və kol bitkilərinə daha çox rast gəlinir. Bu bitkilər payızda yarpağı tökülən bitkilər arasında bağın daimi sakini olub onun il boyu həmişəyaşıl xüsusiyyətlərini özündə əks etdirir. Müasir dövrdə şəhərsalmada, landşaft dizaynının qurulmasında həmişəyaşıl ağacların pilləvari yerləşdirilməsi həmin ərazilərin geniş tərtibatını özündə əks etdirir. Bu ağac və kol bitkiləri yaz və qış mövsümlərində həmişəyasıl olduğundan müxtəlif kompozisiyaların tərkibində yerləşdirilməsi bağın daimiliyinə səbəb olur. Son illərdə Azərbaycan respublikasına dünyanın müxtəlif ölkələrindən introduksiya olunan  həmişəyaşıl ağac və kol bitkiləri şəhərin landşaft memarlığında xüsusi əhəmiyyət kəsb edir. Onların çətirinin quruluşu, qoxusu, rəngi, qabığı, tərkibində olan fitonsid xüsusiyyətləri Bakı şəhərində landşaft memarlığı ilə yanaşı, həm də insanların sosial şəraitini yaxşılaşdırır.

Yeni əkilmiş cavan tuya, şam, qaraçöhrə və s. cinslərə aid bəzi növlər Abşeronun sərt şaxtalarına davam gətirmir, lakin onlar yazda və yayda özlərini yenidən bərpa edirlər. Zədələnmənin qarşısını almaq üçün bu növ iynəyarpaqlı bitkilər qış dövründə qardan təmizlənməlidir. Abşeronda bütün iynəyarpaqlıların toxumla çoxaldılması daha məqsədyönlüdür. Abşeronun park-bağlarında iynəyarpaqlı bitkilər geniş istifadə edilir.

Kompozisiyalar parklarda, bağlarda, bulvarda, xiyabanlarda və meşə-parklarda yaradılır. Hər dəfə müəyyən forma və tipli əkinlərdən istifadə edilir: ən sadə  kompozisiyadan başlamış qazonlardan, kollardan, ağaclardan, çox miqdarda çiçəklərdən ibarət və müəyyən mənzərə yaradan mürəkkəb kompozisiyalaradək.

İynəyarpaqlıların  mavi, yaşıl formaları dekorativ bağçılıqda çox qədimdən istifadə edilir. Bu bitkilər gözəl görünüşü ilə bərabər ətraf mühitə çoxsaylı uçucu maddələr - fitonsidlər buraxaraq orqanizm üçün təhlükəli olan xəstəliktörədici mikrobları məhv edir, havanı tozdan təmizləyir və qatranlı maddələrlə zənginləşdirir.

Sahədə iynəyarpaqlı ağac və ya kolların olması ona özünəməxsus rəng çaları, xüsusi zadəganlıq və dekorativ görünüş verir. İynələr uzun illər budaqlarda qalır və tədricən düşür, istənilən iqlim şəraitində fotosintezi davam etdirməyə qadirdirlər. Bundan əlavə, düşərkən iynələr yavaş-yavaş çürüyür və nəinki bitkilər üçün yaxşı mulça rolunu oynayır, həm də münbit torpaq qatının formalaşması üçün əla xammaldır.

İynəyarpaqlı bitkilər park, bağ, bulvar, xiyaban, küçə, məktəb və bağçaların, yaşayış və sənaye massivlərinin yaşıl ərazilərində əkilib becərilir. Onların qış və yayda həmişəyaşıl olması landşaft dizaynında istifadəsi üçün əlverişlidir. Şam, sərv, küknar və tuya çinslərinə aid növlər yarpaqlılarla müqayisədə (ağac və kollarla) səs rejimini yaxşı tənzimləyir. Abşeronun landşaft dizaynında iynəyarpaqlı bitkilərin istifadəsini öyrənmək məqsədilə ETN Dendrologiya İnstitutu Landşaft memarlığı laboratoriyası tərəfindən 2019-2023-cü illərdə park və bağlarda elmi-tədqiqat işləri aparılmış, iynəyarpaqlı bitkilərin taksonomik tərkibi, mənşəyi, kompozisiyalarda istifadəsi, budanma formaları öyrənilmişdir. İynəyarpaqlı bitkilər müntəzəm (həndəsi formalı) və landşaft və ya mənzərəli (orijinal formalı) üslublarda kompozisiyaların tərtibatında əsasən dekorativ kol və ot bitkiləri ilə yanaşı istifadə edilir. Abşeronun park-bağlarında öyrənilən, tərkibində iynəyarpaqlı bitkilər becərilən bəzi kompozisiyalar şəkil 1-də göstərilmişdir.

ETN Dendrologiya İnstitutu Landşaft memarlığı laboratoriyası tərəfindən Abşeronun park-bağlarında iynəyarpaqlı bitkilərin taksonomik tərkibi, mənşəyi, kompozisiyalarda istifadəsi, budanma formalarının öyrənilməsi nəticəsində məlum olmuşdur ki, bu bitkilər Abşeronun torpaq-iqlim şəraitinə yaxşı uyğunlaşır, perspektivlidir və landşaft dizaynında müxtəlif formalı kompozisiyaların tərtibatında geniş istifadə edilə bilər. 

Şəlalə GÜLMMƏMƏDOVA, Dendrologiya İnstitutunun Landşaft memarlığı laboratoriyasının müdiri b.ü.f.d., dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: