Yeni super ulduzların kəşfi barədə ABŞ-ın Astronomiya Birliyinin Floridanın Kisime şəhərində keçirilən illik konfransında Amerikanın Kosmik fəzanın təhqiqi və aeronavtika üzrə milli idarəsinin – NASA mütəxəssisi Rubab Kan məlumat verib. O, kəşf edilən ulduzların yer kürəsindən 10 min işıq ili uzaqlıqdakı “Carina” ulduzlar çoxluğundakı “Eta Carina” ulduzuna bənzədiyini bildirib.
Yeni kəşf olunan ulduzlardan ikisi 15 milyon işıq ili uzaqlıqdakı “M83” qalaktikasında, digər üçü isə 18 və 26 milyon işıq ili uzaqlıqdakı “NGC 6946” və “M51” qalaktikasında yerləşir. R.Kan “Eta əkizləri” adlandırılan ulduzların “Hubble” ve “Spitzer” kosmik teleskopları istifadə olunmaqla kəşf edildiyini deyib.
Günəşdən 5 milyon dəfə parlaq və 90 dəfə böyük olduğu təxmin edilən “Eta Carina” ulduzunda 1840-cı illərdə şiddətli partlayışlar baş vermişdi. Partlayışlar zamanı ulduz kosmosa Günəşin 10 qatı kütləsində qaz və toz atmışdı.
Super ulduzların kəşfi barədə “Astrophysical Journal Letters” jurnalında da məlumat verilib.