Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransı - COP29-a həsr olunmuş “İqlim dəyişikliyinin bitki örtüyünə təsiri”adlı seminar keçirilib.
İclası giriş nitqi ilə açan Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun baş direktoru v.i.e. biologiya üzrə fəlsəfə doktoru, dosent Minarə Həsənova dünyanın ən nüfuzlu tədbirlərindən sayılan COP29-un Azərbaycanda keçirilməsinin biz Azərbaycan xalqı üçün çox qürurverici olduğunu da qeyd edib. O, iqlim dəyişkənliyinin təsirinin elmi əsaslarla araşdırılması, meşə ərazilərində genofondun qorunması, biomüxtəlifliyin zənginləşdirilməsi, ətrаf mühitin mühafizəsi, nadir və nəsli kəsilməkdə olan növlərin qiymətləndirilməsi, təbii еhtiyаtlаrdаn düzgün və səmərəli istifаdə еdilməsi, оnlаrın bərpаsı üzrə beynəlxalq səviyyədə elmi tədqiqatların aparılması istiqamətində işlərdən danışıb.
Bəzək memarlğı laboratoriyasının müdiri b.ü.f.d. Şəlalə Gülməmmədova “Abşeronun landşaft dizaynının iqlim dəyişkənliyinə əsasən yaradılması” haqqında slaydla çıxış etmişdir.
Bitki mühafizəsi laboratoriyasının böyük elmi işçisi p.ü.f.d., dos. İsmayılova Vüsalə COP29-un əsas hədəfindən, Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı təşəbbüslərindən, Paris sazişindən bəhs edən video roliklə çıxış etmişdir. Bizim əsas prioritetimizin qlobal istiləşməni nəzarətdə və temperatur artımını 1,5°C-dən aşağı saxlamaq üçün emissiyaların azaldılması istiqamətində əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirmək olduğunu söyləyib.
Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nuray Qədirova “İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli” başlığı ilə çıxış edib. İqlim dəyişikliyinin artıq bütün dövlətlər qarşısında danılmaz reallıq kimi dayandığını, mineral yanacaq növlərindən istifadənin geniş yayılması və bunun nəticəsində atmosferə atılan istixana qazlarının həcminin artması dünyada temperaturun yüksəlməsinə səbəb olmasından, temperaturun qlobal səviyyədə artması səbəbindən hava şəraiti dəyişib - ekstremal hava hadisələri və təbii fəlakətlərin daha tez-tez baş verdiyindən danışıb. Real mənzərə budur ki, hər kəs bu qlobal problemdən danışsa da, çox az ölkə bu istiqamətdə iş görür. Bir sıra ölkələr, ümumiyyətlə, bu istiqamətdə üzərilərinə götürdükləri öhdəliklərə əməl etmir. Lakin Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq. Azərbaycan modeli iqtisadiyyatın düzxətli modelindən fərqli olaraq təbii sərvətlərdən və məhsullardan uzunmüddətli, təkrar istifadə və ya təkrar emal yolu ilə faydalanmanı nəzərdə tutur. Meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi hadisələr çoxalıb. Sürətlə dəyişən iqlim insanlar üçün sağlamlıq problemləri və bir çox heyvan və bitki növlərinin nəslinin kəsilməsi təhlükəsi yaradıb. Ekosistemlərin qorunması və iqlim dəyişikliyinə qarşı mübarizə gələcək nəsillərin yaşamaq üçün sabit bir mühitə sahib olmasını təmin etmək üçün vacibdir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və institut rəhbəri COP29-a həsr edilmiş seminarı yüksək qiymətləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.