Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.09.2024 14:10
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları “Carçı ekspress” jurnalının təqdimat mərasimində iştirak ediblər

Əlyazmalar İnstitutunun əməkdaşları “Carçı ekspress” jurnalının təqdimat mərasimində iştirak ediblər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları “Carçı ekspress” jurnalının altıncı sayının təqdimat mərasimində iştirak ediblər.

Jurnalın yeni buraxılışı Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələrindən biri, böyük mütəfəkkir, istedadlı şair və tərcüməçi Abbasqulu ağa Bakıxanovun 230 illik yubileyinə həsr olunub.

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzdə baş tutmuş tədbirdə əməkdaşlarımız – Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəl.e.d., dosent Zəkiyyə Əbilova və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi İradə Vəzirova jurnalın yeni sayında dərc olunmuş “Azərbaycanın ilk tarixşünası Abbasqulu ağa Bakıxanov” və “Abbasqulu Ağa Bakıxanovun AMEA-nın Əlyazmalar İnstitutunda qorunan şəxsi arxivi və əlyazmaları haqqında bəzi qeydlər” adlı məruzələri ilə çıxış ediblər. Məruzələrdə Azərbaycan tarixşünaslığının banisi, ensiklopedik biliyə malik bu dahi şəxsiyyətin elmi yaradıcılığından, onun Əlyazmalar İnstitutunda qorunub saxlanılan şəxsi arxiv materiallarından bəhs olunur.

Tədbirin sonunda jurnalın təsisçisi və baş redaktoru Sərxan Carçı əməkdaşlarımıza təqdimatı keçirilən topludan hədiyyə edib və iştiraklarına görə dərin minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: