Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi 27 Sentyabr – Anım Günü ilə əlaqədar II Fəxri xiyabanda olub.
Şərqşünas alimlər ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarını ziyarət ediblər. Onlar Vətən uğrunda şəhid olan igid oğulların əziz xatirəsini ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri düzüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.