NASA-ya məxsus Mars Kəşfiyyat Orbiteri qırmızı planet üzərində olan hörümçəyə bənzər dərin çökəkliklərin fotoşəklini çəkməyə nail olub.
Fotoşəkil saat 17:00 radələrində (yerli Mars vaxtı ilə) planetin səthi 78 dərəcə günəş istiliyi ilə qərbdən işıqlandırıldığı zaman çəkilib. NASA-nın verdiyi məlumata görə, həmin çökəkliklər Marsda yaz mövsümü başlayan zaman formalaşır, bu zaman planet üzərindəki quru buz eroziyaya uğrayır və “gözəl mənzərələr” yaradır. Alimlərin fikrincə, özündə səthin toz hissəciklərini daşıyan bu çökəkliklər əsasən mövsümi buzların əriməsi zamanı sızan qazlar nəticəsində yaranır.