Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi şurasının növbəti iclası keçirilib.
Tədbirdə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə əməkdaşlığın inkişafı, texniki əməkdaşlıq proqramı, habelə “Mariya Skladovskaya Küri” proqramından istifadə etməyin üstünlüklərindən danışılıb. Bu proqram üzrə müsabiqə elan olunub və institutun əməkdaşı Hüsniyə Necati müsabiqədə qalib seçilib.
2024-cü il sonu üçün laboratoriyaların hesabatlarının hazırlanması müzakirə olunub.
İnstitutun “Qamma-Şüalanma” Kompleksinin rəhbəri Ə.Ələskərovun növbəti iclasda təqaüdə çıxması və yerinə Anar Əliyevin təyin olunması məsələsinə baxılıb.
RPİ-nin Polimerlərin radiasiya kimyası və texnologiyası laboratoriyasının müdiri k.e.d. professor Şiraz Məmmədovun 80 illik yubileyinin keçirilməsi məsələsinə baxılıb.
2024-cü ildə institutun fəlsəfə doktorluğuna qəbul olmuş institutun əməkdaşı Abbasova Çiçək və İzətova İlahə və elmlər doktoru hazırlığı üzrə Xankişiyeva Rəna, Nuriyev İbrahim, Səmədov Samirin doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olunub.
Sonda bir sıra cari məsələlərə baxılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.