Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib
01.10.2024 14:26
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti iclası keçirilib

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti iclası keçirilib.

Tədbiri ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimova açaraq, gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.

GAMŞ-ın tərkibinin genişlənməsi ilə əlaqədar şuranın idarə heyətinin qismən dəyişdirilməsi üçün seçkilər keçirilib. Seçkinin nəticəsinə əsasən İsrail Balayev idarə heyətinin yeni üzvü seçilib.

Sonra cari ilin sonuncu rübündə ŞAR GAMŞ üzvlərinin elmi və elmi-təşkilati fəaliyyətinin daha səmərəli təşkili yolları müzakirə olunub. Müzakirələrin yekununda 2024-cü ilin sonunadək keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkili istiqamətində müvafiq tədbirlərin görülməsi üçün gənclərə yeni təlimatlar verilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: