Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.10.2024 14:15
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutunun direktor müavini beynəlxalq forumda çıxış edib

Ədəbiyyat İnstitutunun direktor müavini beynəlxalq forumda çıxış edib

Bakıda Dünya Gənc Türk Yazarlarının I Bakı forumu keçirilib.

Forumda Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan gələn gənc yazarlar, tədqiqatçılar da iştirak ediblər.

Forumda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru dosent Mehman Həsənli məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda Türk xalqları ədəbiyyatının tədqiqinin tarixi və bu günü ilə bağlı forum iştirakçılarına geniş məlumat verilib.

Dosent Mehman Həsənli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türk xalqları ədəbiyyatının araşdırılması istiqamətində görülən işlərdən bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: