AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin elmi işçisi Xatirə Kərimova Türkiyədə keçirilmiş Sosial Elmlər üzrə IX Beynəlxalq Konfransda onlayn şəkildə iştirak edib.
Ankara Hacı Bayram Vəli Universitetində baş tutmuş konfransda əməkdaşımız “Mirzə Kazımbəyin “Türk-Tatar dilinin ümumi qrammatikası” əsərində zərflər əsas nitq hissəsi kimi” (“Adverbs as the main part of speech Mirza Kazembek’s “General Grammar of the Turkish-Tatar Language””) mövzusunda məruzə edib və beynəlxalq sertifikata layiq görülüb.
Qeyd edək ki, beynəlxalq konfrans ASAS - Elm və Təhsil Araşdırmaları Akademiyası, Ankara Hacı Bayram Vəli Universiteti, Qumilyov adına Qazaxıstan Avrasiya Milli Universiteti, Yakın Doğu Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Negeri Surabaya Dövlət Universiteti (UNESA) və Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.