Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ədəbiyyat İnstitutu Beynəlxalq kitab sərgisində mükafatlandırılıb
09.10.2024 15:02
  • A-
  • A
  • A+

Ədəbiyyat İnstitutu Beynəlxalq kitab sərgisində mükafatlandırılıb

Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq kitab sərgisi yekunlaşıb.

Bir həftə davam edən kitab sərgisinin bağlanış mərasimində müxtəlif nominasiyalar üzrə təltiflər təqdim edilib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu sərginin “Ən yaxşı kitab” nominasiyası üzrə qalib olub. İnstitutun nəşr etdiyi “Füzuli kitabxanası” seriyası 10-cu Beynəlxalq Bakı kitab sərgisinin “Ən yaxşı kitab”ı seçilib.

Xatırladaq ki, “Füzuli kitabxanası” seriyası Ədəbiyyat İnstitutunda AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin baş redaktorluğu, tanınmış füzulişünas alim, filologiya elmləri doktoru Ataəmi Mirzəyevin məsul redaktorluğu ilə yaradılıb. “Füzuli kitabxanası” seriyasından Mir Cəlal Paşayevin “Füzuli sənətkarlığı”, Həmid Araslının “Böyük Azərbaycan şairi Füzuli”, Məmməd Cəfər Cəfərovun “Füzuli düşünür”, Ataəmi Mirzəyevin “Füzulinin “Tərcümeyi-hədisi-ərbəin” əsəri”, Stanislava Plyaskovitska-Rımkeviçin “Məhəmməd Süleyman oğlu Füzuli”, Aynur Mahmudun “Füzuli ədəbi məktəbi (XVI-XVIII əsrlər)”, Sevinc Ağayevanın “Məhəmməd Füzulinin anadilli divanının leksik tərkibi: Azərbaycan mənşəli arxaizmlər” və Mehriban Mövlamovanın “Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli obrazı” kitabları nəşr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: