Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.10.2024 14:22
  • A-
  • A
  • A+

“Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda respublika elmi konfransı keçirilib

“Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda respublika elmi konfransı keçirilib

AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun Elmi katibi fil.ü.f.d., dos. Elçin Abbasov bildirib ki, bu il Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olur. Bu münasibətlə 30 dekabr 2023-cü il tarixdə dövlət başçısı cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin Sərəncamın icrası ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının tədbirlər planına əsasən təşkil olunan konfransın elmi-praktiki əhəmiyyətindən bəhs edən alim, Naxçıvanın muxtariyyət statusunun tarixi önəmini vurğulayıb, qədim tarixə və zəngin mədəniyyətə malik bu regionun Azərbaycanın ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynadığını diqqətə çatdırıb.

Sonra plenar iclasın məruzələri dinlənilib. Fil.ü.f.d., dos. Elçin Abbasovun “Naxçıvanın daş qoç qəbirüstü abidələrinin mifoloji semantikası” və fil.ü.f.d. Əpoş Vəliyevin “Naxçıvanın qədim məişət əşyaları” mövzularında məruzələri maraqla qarşılanıb.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında Naxçıvan regionunun folkloru, etnoqrafiyası, adət-ənənələri, bu bölgədən olan şair və yazıçıların ədəbi irsinin araşdırılmasını əhatə edən çoxsaylı məruzələr dinlənilib, geniş fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: