Azərbaycan Respublikasının nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Vyanada keçirilən Baş məclisinin 68-ci sessiyasında iştirak edib.
Nümayəndə heyətində Elm və Təhsil Nazirliyini Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev və aparıcı mühəndis Namiq Heydərov təmsil olunublar.
Sessiyada 5 gün ərzində AEBA-nın üzv ölkələrinin bir il ərzində Atom enerjisinin sülh məqsədləri üçün istifadə olunması sahəsində məruzələri dinlənilib, Texniki Əməkdaşlıq Proqramı çərçivəsində yerinə yetirilən layihələrin gedişi haqqında hesabatları müzakirə olunub. Qarşıdakı dövr üçün planlar nəzərdən keçirilib.
Nümayəndə heyətinin üzvləri AEBA-nın nəzdində fəaliyyət göstərən laboratoriyalarla tanış olub, qarşıdakı dövrdə əməkdaşlıq sahəsində planları müzakirə ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.