AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin kiçik elmi işçisi Arzu Qasımova ABŞ-ın Nyu York şəhərində təşkil olunan “11 İnternational New York Academic Research Congress On Social” adlı beynəlxalq konfransda onlayn şəkildə iştirak edib.
A.Qasımova konfransda “Türkiyədə sığorta sektorunun durumu” adlı məruz ilə çıxış edib. Məruzədə sığorta sektorunun iqtisadiyyatın ən önəmli sektorlarından olmağı, iqtisadiyyatı güclü olan ölkələrdə isə sığortanın inkişaf etməyə məcbur olduğu bildirilib. İlk sığorta XIX əsrdə İtalyada yaransa da, elə Türkiyədə də həmin dönəmdə yaranmağa başladığını qeyd edən mərizəçi, 1870-ci ildə Türkiyədə Bəyoğlunda çıxan yanğından sonra burada da sığorta sisteminin yaranmasına ehtiyac duyulduğunu deyib. Hal-hazırda Türkiyədə demək olar ki, sığortanın bütün növlərinin inkişaf etdiyini bildirən A.Qasımova 2022-ci ilin statistikasına görə Türkiyədə 54 sığorta sisteminin mövcud olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.