Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun və Türkiyə Respublikası Qazi Universitetinin birgə təşkilatçılığı ilə 9-10 oktyabr 2024-cü il tarixlərində Türkiyənin Ankara şəhərində Beynəlxalq Füzuli Simpoziumu keçirilib.
Simpoziumda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları – Türk dilləri şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Şəbnəm Həsənli-Qəribova “Füzuli yaradıcılığında ədəbi dilin funksional üslubları” mövzusunda, Azərbaycan dilinin tarixi şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud “Füzuli və “Məcməüş-şüəra” ədəbi məclisi” mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzələrdə Məhəmməd Füzulinin Azərbaycan dili və ədəbiyyatında, Azərbaycan tarixində tutduğu mövqe xüsusi vurğulanıb. Məruzəçilər Füzuli yaradıcılığında ədəbi dilin funksional üslublarının zənginliyini, Füzuli təsirinin əsrlərdir Azərbaycan ədəbiyyatında özünü büruzə verdiyini qeyd ediblər.
Simpoziumda Məhəmməd Füzuli yaradıcılığı bir çox yönlərdən müzakirə edilib, suallara cavab verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.