Xəzər Universitetində Tarix və Arxeologiya departamentinin və Humanitar, Təhsil və Sosial elmlər fakültəsi (HTSE) təşkilatçlığı ilə, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirovanın “Albanşünaslıq keçmişdə və günümüzdə: elmi-nəzəri problemlər ətrafında müzakirə” adlı seminarı keçirilib.
Seminarda Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov, Xəzər Universitetinin Təhsil və Sosial elmlər fakültəsinin dekan müavini Pərvin Kərimova, Tarix və Arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Nurlan Nəsirov, Tarix və Tarix - Coğrafiya ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Məruzəçi Qafqaz Albaniyası dövlətinin ərazisi, əhalisi, siyasi tarixi, dini inam, memarlıq abidələri və eləcə də mövzunun mənbəşünaslığı və tarixşünaslığı haqqında geniş məlumat verilib.
Sonda müəllimləri və tələbələri düşündürən məsələlər ətrafında geniş müzakirə aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.