Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.10.2024 15:30
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində “Əbədiyyət bənim məzarımdır” adlı tədbir keçirilib

Hüseyn Cavidin Ev Muzeyində “Əbədiyyət bənim məzarımdır” adlı tədbir keçirilib

Bu gün Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas yaradıcılarından biri, dramaturq, böyük ədib, yalnız Azərbaycan ədəbiyyatının deyil, eyni zamanda bütün Türk dünyasının ədəbi irsinin önəmli simalarından olan turançı filosof şair Hüseyn Cavidin anadan olmasından 142 il ötür.

Tədbiri giriş nitqi ilə açan muzeyin direktor müavini Lalə Əliyeva Turan dünyasında Cavid irsinin rolundan bəhs edib.

Daha sonra muzeyin əməkdaşları – elmi katib fil.ü.f.d. Validə Həsənova, Cəmilə Rzayeva və Nilufər Cəfərova çıxış edərək tədbiri davam etdiriblər.

Sonda tədbir iştirakçıları Hüseyn Cavid dünyasını əks etdirən sərgi ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: