Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.05.2025 10:02
  • A-
  • A
  • A+

Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

Elmin təhsilə inteqrasiyası istiqamətində növbəti mühazirə oxunub

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində institutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanımbacı Məlikzadə “Mədəniyyətimizi nurlandıran aydınlar” mövzusunda mühazirə oxuyub.

Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Odlar Yurdu və Bakı Avrasiya Universitetlərinin tələbələrinin iştirak etdiyi təlimdə əməkdaşımız Rəşid bəy Əfəndizadə, Firidun bəy Köçərli, Əli Şövqi, Ceyhun bəy Hacıbəyli, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Hacı Zeynalabdin Tağıyev, Ömər Faiq Nemanzadə kimi görkəmli yazıçı və şairlərin, ictimai-siyasi xadimlərin həyat və yaradıcılığından, ədəbi-bədii fəaliyyətindən bəhs edib, çıxışında onların şəxsi arxiv materiallarından nümunələr göstərib. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Xatırladaq ki, doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə institutun Təhsil şöbəsi tərəfindən təşkil olunmuş bu kimi seminarların iyun ayına qədər davam etdirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: