Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Bununla bağlı respublikanın hər yerində olduğu kimi, Şəkidə də silsilə tədbirlər həyata keçirilməkdədir.
AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli qərarının icrası ilə bağlı Şəki Regional Elmi Mərkəzinin (REM) Tədbirlər planına uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış ərazidə - Zərifə Əliyeva prospektində Şəki REM-in əməkdaşları tərəfindən ağacəkmə aksiyası keçirilib
Sözügedən ərazidə regionun torpaq-iqlim şəraitinə uyğun olan 60 ədəd sərv və katalba tingləri əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıqların artırılmasını, ekoloji tarazlığın qorunmasını təşviq etməklə ətraf mühitin mühafizəsinə və sağlamlaşdırılmasına töhfə verməkdən ibarət olub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.