Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.01.2016 17:07
  • A-
  • A
  • A+

AMEA-da Xəzər Strateji İnstitutunun nümayəndələri ilə görüş keçirilib

AMEA-da Xəzər Strateji İnstitutunun nümayəndələri ilə görüş keçirilib

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin tolerantlıq ənənələrinə və  mədəniyyətlərarası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ilin “Multikulturalizm ili” elan olunması haqqında Sərəncam imzaladığını qonaqların diqqətinə çatdırıb. Akademik vurğulayıb ki, bu sərəncam AMEA ilə Xəzər Strateji İnstitutunun gələcək əməkdaşlığı üçün geniş perspektivlər vəd edir.

Xəzər Strateji İnstitutunun fəaliyyəti və reallaşdırdığı layihələr barədə məlumat verən Haldun Yavaş qurumun Xəzər bölgəsi ilə bağlı araşdırmaların aparılması, beynəlxalq münasibətlər, təhlükəsizlik, iqtisadiyyat, elm, təhsil, mədəniyyət və ətraf mühitin mühafizəsi istiqamətində fəaliyyət göstərən tədqiqat mərkəzi olduğunu bildirib. İnstitut tərəfindən elmi araşdırmaları və müzakirələri genişləndirmək məqsədilə müxtəlif beynəlxalq görüş və treninqlərin təşkil edildiyini qeyd edib.

Multikulturalizm siyasətinə yardım edən, proqramların, layihələrin işlənib hazırlanması və reallaşdırılmasını zəruri hesab edən Haldun Yavaş bu istiqamədə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə, həmçinin “Azərbaycan multikultralizmi” mövzusunda müzakirələr aparılıb, görüləcək işlər və birgə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə təkliflər səsləndirilib. Hər iki tərəfin iştirakı ilə təqdimatlar, dəyirmi masalar və konfransların keçirilməsi, eləcə də nəşrlərin hazırlanması və çapı nəzərdə tutulub.

Görüşdə Xəzər Strateji İnstitutunun Azərbaycan üzrə kordinatoru Kəmalə Paşayeva, AMEA-nın İctimaiyyətlə əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin Elmi nailiyyətlərin təbliği şöbəsinin rəisi, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva və digər qonaqlar iştirak ediblər.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: