Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

“Axşam görüşləri” proqramının növbəti buraxılışı Xalq şairi Nəbi Xəzriyə həsr olunub
01.11.2024 10:10
  • A-
  • A
  • A+

“Axşam görüşləri” proqramının növbəti buraxılışı Xalq şairi Nəbi Xəzriyə həsr olunub

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun təqdimatında Azərbaycan Radiosunda “Axşam görüşləri” proqramının növbəti buraxılışı yayımlanıb.

“Axşam görüşləri”ndə bu dəfə çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Nəbi Xəzri yaradıcılığından bəhs olunub.

Akademik Rafael Hüseynov bildirib ki, Nəbi Xəzri çinara söykənib Arana baxmaq istəyən, dünyanı Göygöl”ün gözləri ilə görməyi arzulayan duyğulu, həssas şair idi. O, həm də Vətənin sevincini öz bəxtiyarlığı, Vətənin hər ağrısını öz acısı sayan görkəmli ədib idi.

Verilişdə qeyd olunub ki, Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçərək XX əsr Azərbaycan ədəbiyyatının inkişafı naminə böyük xidmətlər göstərib. Şair dərin məna çalarları ilə zövq oxşayan, insan ürəyini riqqətə gətirən sətirləri, ölməz poetik inciləri ilə məktəb yaratmış görkəmli qələm sahiblərindədir. Nəbi Xəzri bir damla kimi şeir ümmanımıza qovuşub və o ümman daim ləpələnəcək, həmişə könüllərə dinclik, sevgi, nəciblik səpəcək. Yazı sevmiş Nəbi Xəzrinin qisməti elə heç vaxt sonu olmayacaq baharlardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: