Qazaxıstan Milli Tədqiqat Texniki Universitetinin Qazax və Rus dili departamentinin kollektivi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda olublar.
Görüşdə Qazax və Rus dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru Almas Uderbayev Jayınbaeviç, professor Rauza Uskenbayeva, professor Odanova Sagira Amanqeldikızı, filologiya üzrə fəlsəfə doktoru Alfia Omurzaqova, filologiya üzrə fəlsəfə doktoru Ədil Absattar iştirak ediblər.
İclasda Dilçilik İnstitutunun direktor müavini dosent Baba Məhərrəmli bildirib ki, Azərbaycan - Qazaxıstan münasibətlərinin qədim tarixi var. Azərbaycanlılar və qazaxlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Həmçinin bu iki xalqı dil və din eyniliyi də birləşdirir.
Görüş zamanı Qazax Milli Tədqiqat Texniki Universiteti ilə Dilçilik İnstitutu arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, ortaq termin, lüğətçilik məsələləri və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsi müzakirə edilib.
Qonaqlar Türk dilləri şöbəsinin elmi-tədqiqat işlərilə də yaxından tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.