Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.11.2024 14:58
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda qurğuşunla zəhərlənməyə qarşı mübarizə həftəsinə aid tədbir keçirilib

Radiasiya Problemləri İnstitutunda qurğuşunla zəhərlənməyə qarşı mübarizə həftəsinə aid tədbir keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda oktyabrın 24-də “Qurğuşunla zəhərlənmənin qarşısının alınması” həftəsi münasibətilə dəyirmi masa keçirilib.

Dəyirmi masada Radiasiya Problemləri İnstitutunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsi Hospitalının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin,“Ruzgar” Ekoloji İctimai Birliyinin, “Təmiz həyata doğru” İctimai Birliyinin nümayəndələri, müstəqil ekspertlər, jurnalistlər, istehsalat nümayəndələri iştirak ediblər. Ayrı-ayrı illərdə keçirilən belə həftələrdə press-konfranslar, FAB-boya fabrikinə ekskursiya, laboratoriya tədqiqatları və s. tədbirlər keçirilib. Bu il keçirilən tədbir boyalarda qurğuşunun qatılığını tənzimləyən normativ - hüquqi aktın hazırlanmasına həsr olunub. Tədbirdə qeyd olunub ki, belə bir qanun layihəsi işlənilib, lakin qəbul olunmamışdır. Təklif olunmuşdur ki, bu akt ya standart, ya da malların Nomenklaturası statusunda olmalıdır.

ETSN-nin nümayəndəsi bildirib ki, hazırda ekoloji standartların qəbul olunması üzrə sahələrarası komissiya fəaliyyət göstərir. Boyalarda qurğuşunun qatılığını tənzimləyən standartın yaxın zamanlarda qəbul olunması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: