Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.11.2024 15:10
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Mikrobiologiya İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

AR Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov açaraq 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə institutun kollektivini təbrik edib. Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

Alim 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun keçdiyi mübariz və qəhrəmanlıq yolundan ətraflı məlumat verərək ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının tarixi əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrilib. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarından sonra təcavüzkarı sülhə məcbur etmək, əzəli torpaqlarımızın işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlanıldığını, cəmi 44 günə tarixi Zəfərin əldə olunduğunu xatırladan alim müharibə zamanı düşmənin birliyimizi pozmağa hesablanan müharibə cinayətlərinin, qanlı terror aktlarının xalqımızın əzmini, iradəsini əzə bilmədiyini, Azərbaycan xalqının əsl milli həmrəylik, birlik nümayiş etdirdiyini nəzərə çatdırıb.

Qalib ölkənin vətəndaşı olmağın qürurverici məqamlarına toxunan P.Muradov bildirib ki, Zəfər Gününə Qələbənin memarı Ali Baş Komandan İlham Əliyevin, rəşadətli ordumuzun və Prezidentin ətrafında yumruq kimi birləşən xalqımızın vəhdəti nəticəsində nail olunub.

9 noyabrın Dövlət Bayrağı Günü kimi qeyd olunması tarixindən bəhs edən P.Muradov  bildirib ki, bayraq hər bir millətin mövcudluğunun təsdiqi, müstəqil dövlət qurmaq qabiliyyətinin başlıca göstəricisidir. Hər iki əlamətdar günün ölkədə böyük coşqu ilə qeyd edilməsinin gənclərə vətənpərvərlik ruhunun aşılanması baxımından milli-mənəvi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: