CICA-nın (Conference on Interaction and Confidence Building Measures in Asia) baş katibi Kairat Sarybay Azərbaycana səfəri zamanı COP tədbirləri çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.
Görüş zamanı muzeyin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycanın zəngin mədəni irsi və muzeyin tarixi binası haqqında ətraflı məlumat verib. Kairat Sarybay qeyd edib ki, bu cür ziyarətlər ölkələr arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və hər iki tərəfin mədəniyyətlərinin qarşılıqlı tanınmasına xidmət edir. Akademik Nailə Vəlixanlı Azərbaycan mədəniyyətinin zənginliyini və müxtəlif dövrləri əks etdirən ekspozisiyanın əhəmiyyətini qeyd edərək, belə ziyarətlərin mədəniyyətlərarası əməkdaşlığın gücləndirilməsi üçün mühüm rol oynadığını vurğulayıb.
Daha sonra CICA-nın baş katibi muzeyin yeni ekspozisiyasında nümayiş olunan unikal materiallarla, xüsusilə Asiya ölkələrinin tarixi və mədəniyyətini əks etdirən eksponatlarla tanış olub.
Azərbaycanın mədəni irsinə olan marağını bir daha ifadə edən Kairat Sarybay muzeydən böyük təəssüratla ayrılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.