Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Bəzi bitkilər hesablamağı bacarır
25.01.2016 13:33
  • A-
  • A
  • A+

Bəzi bitkilər hesablamağı bacarır

Yeni tədqiqatlara əsasən məlum olub ki, böcəkyeyən və digər ətyeyən bitkilər hesablamaq bacarığına malikdirlər. Bir sıra bitkilərin, xüsusilə ətyeyən bitkilərin beyinləri olmasa belə onların ən azı 5-ə qədər hesablamaq bacarığı vardır.

Vörzburq Universitetindən olan layihə meneceri Rayner Hedrixin sözlərinə görə, Dionaea muscipula adlı ətyeyən bitki ona hər hansı bir həşəratın toxunması zamanı öz qidasını tələyə salmaq üçün hesablamağa başlayır. Təqdiqat zamanı həmin bitkiyə elektrik pulslarla təsir etmək üçün cihaz yerləşdirilib. Həşərat bitkinin tələsinə düşən kimi cihazdan ayrılan elektrik impulsları hər bir reaksiyanı izah edə bilib. 5 cavab reaksiyasından ibarət olan bu prosesə – həşəratın tələyə yaxınlaşması, tələnin bağlanmağa başlanması, tələnin sıx şəkildə bağlanması, bitkinin qidasını həzm etmək üçün harmon ifraz etməsi və tələnin yuxarı hissələrində yerləşən qlandaların qidanın qəbuluna yardım edən həzm fermentləri ifraz etməsi daxildir.

www.news.discovery.com

  • Paylaş: