Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

25.01.2016 14:00
  • A-
  • A
  • A+

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi üzrə doktorantların dissertasiya mövzuları təsdiq edildi

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi üzrə doktorantların dissertasiya mövzuları təsdiq edildi

Bu gün AMEA Rəyasət Heyətində Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) növbəti büro iclası keçirildi.

Büro üzvləri, institut direktorlarının iştirak etdiyi iclası giriş sözü ilə açan BTEB-in akademik-katibinin müavini, AMEA-nın müxbir üzvü İbrahim Əzizov gündəlikdəki məsələlər barədə məlumat verdi.

İclasda bölmənin elmi-tədqiqat müəssisələrində 2015-2016-cı tədris ili üçün fəlsəfə doktorluğu və elmlər doktorluğu hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri müzakirə olundu.

Qeyd edək ki, BTEB-in elmi müəssisə və təşkilatlarına fəlsəfə doktoru hazırlığı üzrə 2015-cü il üçün 14 yer, elmlər doktoru hazırlığı üçün isə 4 yer müəyyən olunub.

Tədbirdə doktorantların dissertasiya mövzuları müzakirə edilərək fikir mübadiləsi aparıldı, müvafiq qərarlar qəbul olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: