AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Berlində yerləşən Almaniya Arxeologiya İnstitutunun (DAI) müxbir üzvü seçilib.
Bu barədə Almaniya Arxeologiya İnstitutunun Avrasiya departamentinin rəhbəri, institutun Departamentlər və Komissiyalar üzrə icraçı direktoru, professor, doktor Svend Hansenin imzaladığı rəsmi təbrik məktubunda məlumat verilib və F.Quliyevin tezliklə müxbir üzv sertifikatının təqdimat mərasiminə dəvət ediləcəyi bildirilib. Həmçinin məktuba Fərhad Quliyevin müxbir üzv seçilməsi barədə Almaniya Arxeologiya İnstitutunun Prezidenti professor, doktor Friederike Fless tərəfindən imzalanmış rəsmi bildiriş əlavə olunub.
Qeyd edək ki, dünyanın nüfuzlu Almaniya Arxeologiya İnstitutunun indiyədək 2315 müxbir üzvü müxtəlif ölkələri təmsil edən tanınmış arxeoloqlardır. İlk dəfə olaraq Azərbaycanlı arxeoloq bu elmi ada layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.