Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları ixtiralarına görə patent alıb
20.11.2024 11:42
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları ixtiralarına görə patent alıb

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları - fiz.ü.f.d., dos. Yusif Şükürlü, bio.ü.f.d. Fərhad Əzizov və Vəfa Atayeva ixtiralarına görə patent alıblar.

“Təbii əsaslı biokompozitin alınması” adlı ixtiraya Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib.

İxtira məlum texnoloji üsullarla, iqtisadi baxımdan səmərəli, ekologiyaya və bitkilərə zərər vermədən, vegetasiya dövrünü başa vurmuş tünd qırmızı payız yarpaqlarından antosianinlərlə zəngin bioekstarktın əldə oluması  üçün istifadə edilə bilər. Bu ixtirada ipək fibroinin məhlulu ilə modifikasiyadan prototiplərdə və analoqlarda qeyd olunan xassələrdən fərqli və üstün keyfiyyətə malik çoxfunksiyalı və yüksək bioaktivliyə malik təbii əsaslı biokompozitin əldə edilməsinə aiddir. 

İpək fibroinin materiallarının xüsusiyyətlərini özündə saxlamaqla əlavə antioksidant, antifunqal, antikanserogen, antibakterial, anti-inflamator kimi bioaktiv xassələri özündə cəmləşdirən ekoloji təmiz biokompozit biotibbi məmulatların materialının əldə olunması və tətbiq sahələrini əhatə edir.

Prosesin sonundakı tullantılar sərbəst şəkildə təbiətə atıla bilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: