Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
22.11.2024 14:48
  • A-
  • A
  • A+

“Poetika.izm” jurnalının növbəti sayı çap olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Poetika.izm” elmi jurnalının növbəti (2024, № 1) sayı nəşr olunub.

“Poetika.izm” elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Bu nömrə akademik İsa Həbibbəylinin “Müasir ədəbi proses və nəzəri araşdırmalara baxış” məqaləsi ilə başlayır.

Jurnalın baş redaktor müavini filologiya elmləri doktoru, professor Tahirə Məmməd, məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubova, məsul redaktoru isə Ülkər Hüseynovadır.

“Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu sayı “Nəzəriyyənin tədqiqi”, “Tarixi poetika”, “Janr, struktur, forma”, “Ədəbi təhlil. Mətn poetikası”, “İntertekstuallıq və multidisiplinar əlaqə”, “Tərcümə nəzəriyyəsi” bölmələrindən ibarətdir. “Poetika.izm”in redaksiya heyətinə Azərbaycan, İtaliya, Latviya, Yaponiya, Polşa, Türkiyə, Bosniyanın alimləri daxildir.

Jurnal ədəbiyyatın mahiyyətini, qanunlarını, kateqoriyalarını, kəmiyyət və keyfiyyət göstəricilərini, məqsəd və funksiyasını, ədəbi dəyər məsələsini, ədəbi əsərin ərsəyə gəlmə şərtlərini mövzu olaraq seçən və işləyən ədəbiyyat nəzəriyyəsinə dair müxtəlif səpkili məqalə və araşdırmalara üstünlük verir.

Qeyd edək ki, jurnal AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının 4 dekabr 2013-cü il tarixli Ədliyyə Nazirliyindən verilmiş 26 noyabr 2013-cü il tarixli, 3821 saylı şəhadətnamə əsasında təsis edilmişdir. Eyni zamanda “ResearchGate”, “OAJI.net”, “Open Academic Journals Index”, “Internet Archive” beynəlxalq indeksləmə sistemlərinə daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: