Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı, k.ü.f.d. Samirə Cəfərovanın “Müasir texnologiyada molibden xalkogenidləri” adlı monoqrafiyası nəşr olunub.
Monoqrafiyada müxtəlif üsullarla alınmış molibden xalkogenidlərinin nazik təbəqələrinin və ya nanostrukturlarının fiziki-kimyəvi, fotoelektrokimyəvi və yarımkeçirici xüsusiyyətlərinin tədqiqi, onların əsasında heterostrukturların yaradılması və günəş elementləri və ya hidrogenin ayrılma reaksiyalarında elektrokatalizator kimi işləməsinin səmərəliliyi sahəsində son dövrlərdə əldə olunmuş nailiyyətlər öz əksini tapıb. Bu xalkogenidlərin optik və elektrik xassələrinin tədqiqi onların müxtəlif optoelektronik cihazlarda və günəş elementlərində tətbiqini müəyyən edib.
Təqdim edilən monoqrafiya bu sahədə çalışan alim, mühəndis və texnoloqların gələcək elmi tədqiqatlarında əhəmiyyətli rol oynaya bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.