Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanlıların ənənəvi xalq təbabəti” adlı kitab işıq üzü görüb
25.11.2024 15:08
  • A-
  • A
  • A+

“Azərbaycanlıların ənənəvi xalq təbabəti” adlı kitab işıq üzü görüb

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın “Traditional folk medicine of Azerbaijanis” (Azərbaycanlıların ənənəvi xalq təbabəti) adlı kitabı çap edilib. 

Kitab “Azərbaycan florasında yayılan dərman bitkilərinin istifadəsi perspektivləri” adlı elmi tədqiqat proqramı çərçivəsində ərsəyə gəlib.

Kitabda etnobotaniki tədqiqatlar nəticəsində Azərbaycan florasından toplanılmış, müxtəlif xəstəliklərə qarşı istifadə edilən dərman bitkilərinin ənənəvi xalq təbabəti təcrübələri haqqında məlumatlar əks olunub. Bu məlumatlar vaxtı ilə Qərbi Azərbaycan köçkünləri, o cümlədən 30 il qaçqın düşmüş Qarabağ və Şərqi Zəngəzur icmalarından toplanılmışdır.

Kitabın elmi redaktoru professor Münir Öztürk, rəyçiləri professor Nazim Məmmədov və doktor İlhamə Cəfərlidir.

Kitab Azərbaycanın xalq təbabəti üsullarını geniş auditoriyada tanıtmaq üçün əhəmiyyətli mənbədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: