Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Kimyaçı alimlərin xarici və yerli alimlərlə birgə məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
25.11.2024 16:02
  • A-
  • A
  • A+

Kimyaçı alimlərin xarici və yerli alimlərlə birgə məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Elm və Təhsil Nazirliyinin akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının xarici və yerli həmkarları ilə, E.B.Zeynalov, N.S.Allen, Y.M.Nağıyev, Ə.B.Hüseynov, F.H.Rzayevin yüksək impact faktorlu (IF- 7,8, Q2) Scopus və Web of Science bazalarına daxil olan “Journal of Physics and Chemistry of Solids” (Bərk cisimlərin fizikası və kimyası“) jurnalında formal kinetics of catalytic oxidation of diesel paraffin-naphthenic fraction in the presence of carbon nanotubes containing three transition metals” adlı məqaləsi nəşr olunub.

Məqalədə dəmir (Fe), kobalt (Co) və manqan (Mn) tərkibli çoxdivarlı karbon nanoboruların (MWCNT) iştirakı ilə dizel yanacağından ayrılmış parafin-naften fraksiyasının aerob oksidləşməsinin formal kinetikasının araşdırıldığı göstərilir. Metal  tərkibli çoxdivarlı karbon nanoboruları (M@MWCNTs) ferrosen iştirakında tsikloheksanın pirolizi, kimyəvi buxar çökmə (CVD) metodu ilə alınmış, Fe@MWCNTs, Co, Mn klasterləri ilə dopinq edilmişdir. Sintez olunmuş Fe-Co-Mn@MWCNT nümunələrinin strukturu elektron mikroskopiya  (SEM, TEM), element analiz metodları ilə müəyyən edilmiş və göstərilmişdir ki, karbon nanoboruların diametri 30-60 nm, uzunluğu isə 500-800 mikron təşkil edir. Fe klasterlərinin nanoboruların iç kanallarında, Co və Mn hissəciklərinin isə xarici səthdə yerləşdiyi müşahidə edilmişdir. Alınan metal tərkibli (Me@MWCNT) katalizatorların  iştirakında dizel yanacağından ayrılmış parafin -naften fraksiyasının aerob oksidləşmə prosesinin formal kinetik qanunauyğunluqları öyrənilmişdir.

Eksperimental təcrübələrdən alınan nəticələr göstərir ki, metal-nanokarbon əlavələri hidroperoksidlər olmadan oksidləşmə prosesini effektiv şəkildə aktivləşdirir ki, bu da termal parçalanmaya səbəb olur. Co və Mn klasterlərinin nanoboruların strukturuna daxil edilməsi ilə katalitik aktivlilin yüksəlməsi qeydə alınmışdır. Hazırda, katalitik oksidləşmə mexanizmi araşdırılır və müvafiq oksidləşmə sürətləri müəyyən edilir. Bu nəticələrin, çoxkomponentli hidrokarbon xammalının oksidləşdirici çevrilməsi üçün effektiv nano-katalitik sistemlərin qiymətləndirilməsində çox  faydalı olacağı ehtimal edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: