AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında növbəti sayı çapdan çıxıb.
Qəzetin ön səhifəsində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “COP29-un yaşıl sivilizasiya anonsu” başlıqlı məqaləsi yer alıb.
Bugünkü sayda, ilk səhifələrdə AMEA-da COP29-a həsr olunmuş kitab sərgisinə dair yazı, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin “Süni intellekt yaşıl problemlərin həllində mühüm rol oynayacaq” başlıqlı müsahibəsi, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın COP29 iqlim konfransında çıxışı, AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyevin həmmüəllifi olduğu “Yaşıl kimya və onun inkişaf perspektivləri” adlı yeni kitabı haqqında informasiya, eləcə də professor Rəna Mirzəzadənin müəllifi olduğu “Yaşıl mədəniyyət” adlı məqalə təqdim edilib.
Qəzetdə AMEA prezidenti yanında müşavirəyə dair yazı, o cümlədən institutlarda və Akademiyanın regional bölmələrində və elmi mərkəzlərində keçirilən tədbirlərlə bağlı informasiyalar dərc edilib.
Bundan əlavə, qəzetin bugünkü buraxılışında “Beynəlxalq elmi əməkdaşlıq”, “COP29” və “Yeni elmi nəşrlər” rubrikaları altında xəbərlər təqdim olunub.
Bu sayda “Məhəmməd Füzuli irsi biblioqrafik mənbələrdə”, “Zəhmətkeş və səmimi alim adam” və “Qərbi Azərbaycanın mənimsənilməyə cəhd edilən mədəni irsi – Qız qalası” başlıqlı məqalələrlə tanış ola bilərsiniz.
Qəzetin rus və ingilis dili bölməsində son elmi yeniliklərə dair informasiyalar yer alıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.