Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.11.2024 15:43
  • A-
  • A
  • A+

ABŞ səfiri COP29 çərçivəsində coğrafiyaçı alimlərlə müzakirələr aparıb

ABŞ səfiri COP29 çərçivəsində coğrafiyaçı alimlərlə müzakirələr aparıb

ABŞ səfiri Mark Libbi ABŞ Mərkəzində (U.S.Center) COP29 çərçivəsində Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin böyük elmi işçisi Elnur Səfərov və coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovla ABŞ səfirliyinin dəstəyi ilə həyata keçirilən layihələrlə bağlı müzakirələr aparıb.

Xəzər və Cənubi Qafqaz su yollarının təmizlənməsi üzrə yerli ekspert qismində iştirak edən coğrafiyaçılar müzakirə zamanı təqdimatla çıxış ediblər.

Elnur Səfərov Xaçmaz rayonunun yerli icmalarına Xəzərin həmin ərazisinin təmizlənməsi layihəsi üzrə “Yerli İcmaların Plastik Tullantılarla Mübarizə üzrə Gücləndirilməsi” adlı layihəsini, Rövşən Abbasov isə digər Azərbaycan və Ermənistan hidroloqları ilə “Su və münaqişələr: Transsərhəd əməkdaşlığın əhəmiyyəti” adlı transsərhəd layihə üzrə işini təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: