AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fəlsəfə ü.f.d., dosent Rübabə Şirinova Kazan Federal Universitetinin Filologiya və Mədəniyyətlərarası Kommunikasiya İnstitutunda “Kazan Universitetində Tatar filologiyası mədəniyyətlərarası dialoq mühitində” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfransda onlayn şəkildə iştirak edib.
Azərbaycan, Türkiyə, Özbəkistan, Başqırdıstan, Qazaxıstan, Moldova və bir sıra ölkələrin aparıcı təhsil və elmi-tədqiqat müəssisələrinin alim və mütəxəssislərinin qatıldığı konfransda əməkdaşımız ““Ədəb əl-bəhs” əsəri” mövzusunda məruzə edib. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Qeyd edək ki, Kazan Universitetinin 220 illik yubileyi və Kazan Dövlət Universitetinin Tatar dili və ədəbiyyatı fakültəsinin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans Kazan Federal Universiteti Filologiya və Mədəniyyətlərarası Kommunikasiya İnstitutunun təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.