Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

“G-elastomer” adlı material insan dərisindən daha həssasdır
28.01.2016 10:39
  • A-
  • A
  • A+

“G-elastomer” adlı material insan dərisindən daha həssasdır

Avstraliyanın Monaş Universitetinin alimləri yeni kəşf etdikləri materialın köməyi ilə güclü hissiyyata malik robotların hazırlanmasının mümkün ola biləcəyini açıqlayıblar.

Məlumata görə, elektrik keçirmə qabiliyyəti gümüşdən daha yaxşı, istilik keçirməsi almazdan daha güclü olan “G-elastomer” adlı bu material təzyiq və vibrasiyaya qarşı insan bədənindən daha həssasdır. Olduqca yumşaq təbiətinə baxmayaraq, G-elastomer digər viskoelastik maddələr sayılan poliuretan köpük və ya rezindən fərqli olaraq, təzyiq altında sürətlə geri sıçramaq qabliyyətinə malikdir. 

www.monash.edu

  • Paylaş: