Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

11.12.2024 09:42
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Şərqşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Ulu Öndərin Azərbaycan xalqının həyatında oynadığı böyük roldan danışıb. Akademik G.Baxşəliyeva Ümummilli Liderin xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət kimi düşdüyünü qeyd edib. G.Baxşəliyeva Ulu Öndər Heydər Əliyevin həm sovet dövründə respublikamıza rəhbərliyi zamanı həm də müstəqillik illərində ölkə prezidenti kimi Azərbaycanda böyük iqtisadi inkişafa nail olduğunu vurğulayıb. Akademik bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpası, ölkəmizdə siyasi sabitliyin yaranması, Azərbaycan ideologiyasının yaranması və inkişafı, respublikamızın dünya birliyinə inteqrasiyası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva, onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini  qeyd edib.

İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafının əsasını qoyduğunu qeyd edərək, Ulu Öndərin güclü iqtisadiyyata və sosial rifaha hesablanmış neft siyasətindən, Azərbaycan iqtisadiyyatına cəlb edilən böyük investisiyalardan danışıb.

Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev Ulu Öndərin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə göstərdiyi diqqətdən danışıb.

Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Mirzə Ənsərli Heydər Əliyevin Şərq siyasətindən bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: