Hüseyn Cavidin Ev Muzeyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, filologiya elmləri doktoru
Gülbəniz Babaxanlı bildirib ki, 12 dekabr 2003-cü il tarixdə Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev gözlərini bu həyata əbədi olaraq yumdu. O gündən sonra ölkəmizin bütün sahələrində, həmçinin Hüseyn Cavidin Ev Muzeyində xatirəsi yad olunur. Heydər Əliyevin xatirəsi Hüseyn Cavidin Ev Muzeyi üçün ikiqat əzizdir. Birincisi ölkəmizin başçısı, Ümummilli lideri kimi, digəri də Hüseyn Cavid şəxsiyyətinə göstərdiyi xidmətlərə, qayğıya görə. Muzeydə hara baxsaq Heydər Əliyevin imzası, dəsti-xətti, gördüyü işlər göz önündə canlanır. Biz xoşbəxtik ki, Ulu Öndərin layiqli varisi, onun monumental vətənsevər işlərinin davamçısı Ali Baş Komandan – İlham Əliyev var.
Daha sonra tədbiri müzeyin direktor müavini Lalə Əliyeva, elmi fondlar və kitabxana şöbəsinin müdiri Cəmilə Rzayeva davam etdirdi.
Sonda tədbir iştirakçıları muzeyin ekspozisiyasında Heydər Əliyevə həsr olunan nəşrlərdən ibarət sərgi ilə tanış olublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.