Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft və Qaz İnstitutunun əməkdaşı beynəlxalq konfransda ölkəmizi təmsil edib
18.12.2024 11:14
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunun əməkdaşı beynəlxalq konfransda ölkəmizi təmsil edib

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun aparıcı elmi işçisi Bəhruz Əhədov Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən Amerikan Geofiziklər İttifaqının (#AGU24) konfransında iştirak edib.

Dünyanın ən böyük elmi tədbirlərindən biri hesab olunan bu konfransda 30,000-dən çox iştirakçı, o cümlədən aparıcı alimlər, tədqiqatçılar və mütəxəssislər toplaşıb.

Konfrans çərçivəsində NASA JPL laboratoriyasından Dr. Bəhruz Əhədov Dr. Erik Fildinq ilə birlikdə Azərbaycanda qabıq deformasiyası və vulkanik dinamikaların InSAR texnologiyası vasitəsilə müşahidəsinə dair ən son tədqiqat nəticələrini təqdim edib. Bu təqdimat böyük maraq doğurub və müxtəlif müzakirələrə səbəb olub.

Bəhruz Əhədov bu tədbirin həm elmi müzakirələr, həm də yeni tədqiqat perspektivləri baxımından çox faydalı olduğunu vurğulayaraq, görüşlər zamanı əldə edilən rəylərin və təkliflərin gələcək tədqiqatlara mühüm təsir göstərəcəyini bildirib.

Qeyd edək ki, bu, Azərbaycan alimlərinin InSAR texnologiyası vasitəsilə ölkəmizdə baş verən geoloji proseslərin araşdırılması sahəsində irəli sürdükləri innovativ yanaşmaları beynəlxalq auditoriyaya təqdim etməsi baxımından mühüm bir nailiyyətdir.

Tədqiqat nəticələrinin yaxın zamanda elmi ictimaiyyətlə paylaşılması planlaşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: