Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İclasda institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak ediblər.
Elmi şuranın sədri Dendrologiya İnstitutunun baş direktor v.i.e. b.ü.f.d., dosent Minarə Həsənova şuranın işinə uğurlar arzu edərək gündəlikdə müzakirə olunacaq məsələləri iştirakçıların diqqətə çatdırıb.
İlk məsələ Dendrologiya İnstitutunun 2025-ci il üçün yerinə yetiriləcək elmi-tədqiqat işlərinin əhatəli iş planı, qarşıda duran vəzifə və öhdəliklər, mövcud vəziyyət və cari il üçün prioritetlərinin müəyyənləşdirilməsi ətrafında geniş müzakirələr aparılıb.
Daha sonra gündəlikdən irəli gələn digər məsələlərə baxılıb, müvafiq qərarlar qəbul edilib.
Sonda dosent Minarə Həsənova iclasa yekun vuraraq qarşıda duran əsas vəzifələrin yerinə yetirilməsi istiqamətində müəyyən tapşırıq və tövsiyələrini səsləndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.