Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tarix Muzeyinin əməkdaşının monoqrafiyası işıq üzü görüb
05.01.2025 17:15
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşının monoqrafiyası işıq üzü görüb

Milli Azərbaycan Tarixi Muzeyinin aparıcı elmi işçisi t.ü.f.d., dosent Əli Fərhadovun “Azərbaycan” qəzetində (1947-1949) publisistika, mədəniyyət və ictimai-siyasi, iqtisadi məsələlər” adlı monoqrafiyası nəşr olunub.

Monoqrafiyanın elmi redaktoru t.e.d. Nərgiz Əliyevadır.

Təqdim olunan monoqrafiyada Azərbaycan Demokrat Firqəsinin 1947-1949-cu illərdə Bakıda nəşr olunmuş “Azərbaycan” qəzetinin materialları və dövrün digər qaynaqları əsasında Cənubi Azərbaycanda “21 Azər” hərəkatı, şah rejimi əleyhinə demokratiya uğrunda xalq mübarizəsi, dövrün ziyalıları, dövlət xadimləri, ictimai-siyasi, iqtisadi problemlər, milli maarifçilik, təhsil, din, mədəniyyət, xalqlar dostluğu məsələləri və s. haqqında məlumat verilib.

Muzeyin Elmi şurasının qərarı ilə çap olunan monoqrafiya mövzu ilə maraqlanan tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: